Ru
18:55 / 23 Noyabr 2025

“Yanğının bizə aidiyyəti yoxdur” - Restoranın sahibi danışdı+VİDEO

“Yanğının bizə aidiyyəti yoxdur” - Restoranın sahibi danışdı+VİDEO
Eye

“Mən həmin obyektləri 2023-cü ildən icarəyə vermişəm. Həm “Loft Restoranı”, həm də “Loft Dent” klinikası kimi fəaliyyət göstərir. Təmir zamanı “Azərişıq”dan 160 kV-lıq əlavə texniki şərt almışıq. Bu isə o deməkdir ki, obyektlər binanın ümumi elektrik xəttinə qoşulmayıb, hər birinə ayrıca xətt çəkilib”.

Bakupost.az xəbər verir ki, bu sözləri Yasamalda yanan binadakı obyektin sahibi Vüqar Abbasov “İctimai TV”ə deyib.

O bildirib ki, əgər yanğın baş veribsə, bu obyektlərin biri digərinə cavabdeh deyil:
Ətraflı

“Əgər mənim obyektimdə baş veribsə, qonşu obyektin məsuliyyəti yoxdur və əksinə. Lazımi sənədləri aidiyyəti qurumlara təqdim etmişik, istənilən ekspertiza və yoxlamaya da açığıq. Restoranın ümumi elektrik istifadəsi maksimum 20-30 kV təşkil edir. Halbuki bizə verilmiş texniki şərt 160 kV-lıqdır. İstiliyin tüstülənmə yaratması üçün gərginlik bu həddi aşmalıdır. Sadəcə olaraq, bizim elektrik şitimiz binanın şaxtasının altında yerləşirdi. Yanğın da həmin şaxtada baş verdiyindən ərimiş materiallar bizim şitin üzərinə tökülüb. Lakin biz həmin şitə heç bir müdaxilə etməmişik. Sakinlərin bildirdiyinə görə, tüstü “trap”lardan da çıxıb. Əgər binanın müxtəlif yerlərindən tüstü çıxırsa, necə bizim obyektdən çıxmasın?”.

Daha ətraflı videoda:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar