Ru
21:40 / 22 Noyabr 2025

Azərbaycanda kişi “Votsap” statusuna görə CƏRİMƏLƏNDİ

Azərbaycanda kişi “Votsap” statusuna görə CƏRİMƏLƏNDİ
Eye

Sabirabadda kişi “Votsap”ın hekayə bölümündəki paylaşımına (status) görə saxlanılıb.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, rayonun Qaralar kənd sakini olan 39 yaşlı Fərid Mövsümov (ad və soyad şərtidir) “Votsap” mobil tətbiqində “125 nömrəli YPX avtomobilinin videosu kimdə varsa, göndərin” tipli paylaşım edib.

Paylaşımının səbəbini öyrənmək üçün onu rayon üzrə Dövlət Yol Polisi Bölməsinə dəvət ediblər. Lakin burada o, yol polisi inspektorları ilə mübahisə edərək, onların qanuni tələblərinə məhəl qoymayıb.

Etdiyi əmələ görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.

Barəsində inzibati xəta üzrə icraat aparılan Fərid bildirib ki, 125 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobili onun şəklini çəkib. Buna görə həmin YPX avtomobilin görüntülərini axtarması barədə status paylaşıb. Lakin qısa müddət sonra həmin paylaşımı silib:

“Əvvəlcə rayon Polis Şöbəsinə dəvət olundum. Sonra məni DYP-yə göndərdilər. Orada statusumun səbəbini izah edəndə mənə irad bildirdilər. Buna görə əsəbiləşdim”.

Fərid Mövsümov əməlindən peşman olduğunu, 2 azyaşlı övlad saxladığını, həmçinin ilk dəfədir ki, xəta törətdiyini deyərək, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.

Sabirabad rayon Məhkəməsinin qərarı ilə onun barəsində 50 manat məbləğində inzibati cərimə cəzası verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar