Ru
23:42 / 22 Noyabr 2025

Bu ölkədə 300-dən çox şagird və müəllim oğurlandı

Bu ölkədə 300-dən çox şagird və müəllim oğurlandı
Eye

Əhalisinin sayına görə Afrikanın ən böyük ölkəsi sayılan Nigeriyada bir katolik məktəbindən 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlanıb. Bu hadisə ölkədə bir həftə ərzində baş verən ikinci belə basqındır.

Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, Nigeriya Xristianları Birliyinin bəyanatına görə, qaçırılanların ümumi sayı 303 şagird və 12 müəllim olub. Hadisə Sent Meri katolik məktəbində baş verib. Bildirilir ki, qaçırılan şagirdlər arasında qızlar da var. Nigeriya polisi qaçırılan insanları tapmaq üçün əməliyyata başlayıb, yaxınlıqdakı meşə zonaları axtarılır. Hadisədən dərhal sonra Nigeriya Prezidenti beynəlxalq səfərlərini ləğv edib və ölkədəki təhlükəsizlik qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Nigeriyanın şimal qərbindəki Maqa vilayətində yerləşən internat məktəbinə silahlı hücum nəticəsində 25 məktəbli qız oğurlanaraq naməlum istiqamətə aparılıb.

Bu hadisələr ABŞ Prezidenti Donald Trampın Nigeriyanı xristianların öldürülməsinə cavab olaraq hərbi müdaxilə ilə hədələdiyi bir dövrə təsadüf edir. Qeyd olunur ki, bu hadisə son 11 ildən bəri baş vermiş ilk böyük sayda şagird oğurluğu hadisəsidir. Borno vilayətindəki bir məktəbə böyük hücum 2014-cü ildə Boko-Haram terrorçu qruplaşmasının üzvləri tərəfindən edilmişdi. Həmin hücumda 276 tələbə oğurlanmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar