Ru
09:02 / 14 May 2024

Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı

Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı
Eye

Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakupost.az -a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə Samid Məmmədov və əvvəllər məhkum olunmuş Nurəli Məmmədov saxlanılıblar.


Onların olduğu "Opel" markalı avtomobildən 14 kiloqram marixuana aşkarlanıb. Saxlanılanların narkotik vasitəni İranda yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdikləri və ölkə ərazisində deyiləcək yerlərə çatdırmağı planlaşdırdıqları müəyyən olunub. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar