Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:04 / 08 İyun 2024

“Yaşıl dünyamızın kiçik fidanları” layihəsi başa çatdı - FOTO

1880
Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünyamızın kiçik fidanları” adlı layihə həyata keçirilib.

Bakupost.az xəbər verir ki, layihə çərçivəsində ADU Tələbə Gənclər Təşkilatının bir qrup aktiv tələbəsi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Kəmalə Ağazadənin rəhbərlik etdiyi “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət edib.

Ziyarət zamanı tələbələr tərəfindən yazılmış kitablar və hazırlanmış hədiyyələr uşaqlara təqdim edilib. Kitablarda uşaqları, dünyamızı və gələcəyimizi qorumağa təşviq edəcək hekayələr yer alıb. Kitablar üç dildə (Azərbaycan, rus, ingilis) yazılıb. Sığınacaqda yaşayan uşaqların hər birinin yararlana bilməsi üçün kitablar sığınacaq evinin kitabxanasına bağışlanıb.

Gün boyunca tələbələr və uşaqlar birlikdə rəsm çəkib, mahnı oxuyub və müxtəlif oyunlar oynayıblar.

ADU Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev layihə barədə bildirib: “Uşaqlar hər birimizin gələcəyidir. Biz gənclər olaraq daha gözəl sabahlar üçün “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında daim çalışırıq, bununla bağlı müxtəlif layihələr həyata keçiririk. Həmçinin, bir gənc olaraq hər birimizin borcu bu düşüncələri “kiçik fidanlara”- uşaqlara təbliğ etməkdir. Tələbələrimiz tərəfindən 3 dildə hazırlanmış müxtəlif hekayələrdən ibarət kitablarda təhsil, ailə dəyərləri və ekoloji mövzulara toxunulub. Bu gün burada uşaqların gözlərində gördüyümüz sevinc və həvəs bizim üçün çox dəyərlidir.”

Məlumat üçün bildirək ki, ADU TGT “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bugünədək bir çox tədbirlər həyata keçirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar