Ru
12:31 / 23 Sentyabr 2022

"Yaşlı qadınları dram artisti ştatına yazırlar, belə biabırçılıq olar?" - Teatrda görünməmiş özbaşınalıq

"Yaşlı qadınları dram artisti ştatına yazırlar, belə biabırçılıq olar?" - Teatrda görünməmiş özbaşınalıq
Eye

Mingəçevir Dövlət Dram Teatrında baş verən özbaşınalıqlarla bağlı şikayətlər səngimək bilmir.


Teatrın baş rejissoru Vüsal Mehrəliyevdən sonra dram aktyoru İbrahim Türksoy Salamov da baş verənlərlə bağlı Bakupost.az -a açıqlama verib.


O bildirib ki, illərdir Mingəçevir Dövlət Dram Teatrında özbaşınalıq hökm sürür. Baş verənlər barədə danışanları isə rəhbərlik təqib edir və hədələyir:




“Migəçevir Dram Dövlət Teatrında uzun illər dram artisti kimi işləmişəm. Bir neçə il bundan əvvəl teatrdakı özbaşınalıqları ifşa etdiyim üçün işimdən uzaqlaşdırıldım, hətta oyun qurbanı oldum. Məni həbsə yolladılar. Heç bir əsas göstərilmədən uzaqlaşdırılmışdım. Bir ilə yaxındır işimə bərpa olunmuşam. Ancaq mənim yerimə ştatda başqa adamlar oturub . Hansı ki, ömründə bir dəfə də olsun, səhnə görməyiblər. Direktor Anar Quliyevdən tələb etdim ki, vəziyyətə aydınlıq gətirsin, ancaq o yüz bəhanə gətirdi. Mən də heç bir məhkəməyə müraciət etmədim. Çünki teatrda yeni ab-hava var idi. Baş rejissor da yeni təyin olunmuşdu. Bu gün də heç nə tələb etmirəm. Çünki onlar üçün heç nəyin fərqi yoxdur. Onlar aktyor ştatına teatrın səhnəyə aid olan sexlərində işləyən, uyğun olmayan kadrları doldurublar. Onları danışdırıb araşdırmaq dəqiqlik tələb edir”.


İ.T.Salamov həmçinin vurğulayıb ki, ştatda olan adamlar heç vaxt səhnəyə çıxmırlar. Onlar üçün səhnəyə çıxıb aktrisalıq etmək ayıb sayılır:


“Orda oturub səhnəyə çıxmayan adamlar var. Səhnəyə çıxmaq onlar üçün qəbahətdir, halbuki teatrda işə düzəlib maaş alırlar. Yeni təyi olunan baş rejissor Vüsal Mehrəliyevlə uzun illərin tanışıyıq. Yaxşı sənətkardır, işini bilən adamdır. Onun tövsiyəsi ilə heç nə iddia etmədən teatrda bütün tamaşalarda köməkçi rejissor olaraq çalışdım. Həm də aktyor kimi çıxış edirəm. Həm də teatrın mətbuat, PR işlərinə dəstək oluram. Bütün bunların müqabilində isə rəsmi qaydada bu günə kimi rəhbərlikdən heç nə ala bilməmişəm. Elə işlər var ki, bütün yükü mənim üstümdə olub, amma rəsmi qaydada heç nə tələb etməmişəm”.


Aktyor problemin yeni olmadığını, illərdir teatrda bu mənzərinin mövcud olduğunu bildirib:


“Problem təqribən 2015-2016-cı illərdən başlayıb. Hələ o vaxtdan teatra hərə birini işə götürürdü. Bu ənənənə hələ də davam edir. Teatra aidiyyatı olmayan adamları ştata götürürlər. Səhnəquraşdırıcı ştatına nə qədər adam götürüblər, amma səhnə qurmağa 3 nəfər tapa bilmirik. Yaşlı qadınları dram artisti ştatına yazırlar. Belə biabırçılıq olar?

Səhnəyə aid olan sexlərdə ümumiyyətlə, kadr yoxdur. Eskizdən anlayışı olmayanları rəssam götürürlər. Birini guya arxiv sexi var, ora ştata alıblar. Bu sexlər nədir belə? Hardan çıxır? 120-130 nəfər əməkdaşı olan yaradıcı bir müəssisədə 20 nəfər aktyor var, qalanı texniki heyətdir. Onlar da kağız üzərində. Neçə illərdir bu problem davam edir. Bunu illərdir, nazirlik də bilir, media da. İfşa edəndə də başlayırlar təqib etməyə”.

Xatırladaq ki, dünən gecədən Mədəniyyət Nazirliyinin nümayəndələri Mingəçevir Dövlət Dram Teatrında yoxlamalara başlayıb.


Günel
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar