Azərbaycanda meyitdən orqan transplantasiyası qanunu qəbul edildikdən sonra orqan bankının formalaşması başlayıb. Hələ çox insan orqanlarını bağışlamağa cürət etməsə də, həkimlər bu işdə öncül olmaqla orqan bağışlanmasının vacibliyinə diqqət çəkir.
“
Medicina” xəbər verir ki, Yeni klinikanın direktoru, nefroloq Barat Yusubov ölümündən sonra orqanlarının başqa insanlara köçürülməsinə razılıq verib.
O, bütün orqanlarını bağışladığını açıqlayıb.
“Bu gün bəlkə də hayatımın ən önəmli qərarını verdim - bütün orqanlarımı bağışladım.
İnanılmaz sevincliyəm çünki ölümümlə kimlərəsə hayat bəxş edəcəm.”- deyə o bölüşüb.
Qeyd edək ki, orqan köçürülməsi yalnız donor beyin ölümü keçirdikdən və orqanlar transplantasiya üçün uyğun olduqda reallaşa bilər.
Azərbaycanda böyrək, qaraciyər, gözün buynuz qişası transplantasiyası icra olunur. Gələcəkdə ürək, ağciyər və digər orqanların nəqli də reallaşa bilər.