Ru
12:13 / 26 Sentyabr 2024

Yerli avtomobillərə tələbat niyə artıb? - Açıqlama

1758
Azərbaycanda minik avtomobili istehsalı artır. Bu ilin yanvar-avqust aylarında ölkədə 2627 ədəd minik avtomobili istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 35,3 faiz artıb.




Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a bildirib ki, ölkədə avtomobillərin heç bir komponenti istehsal edilmir. Sadəcə, yığılması həyata keçirilir:

“Son zamanlar taksi xidməti ilə bağlı verilmiş qərarlar ölkədə yığılan avtomobillərə marağın artmasına səbəb olub. Çünki bu avtomobillər daha yumşaq kredit şərtləri ilə satışa çıxarılır. Köhnə avtomobillər taksi xidmətindən kənarlaşdırılıb və onların yerini isə ölkədə yığılan avtomobillər tutur. Ona görə də həmin avtomobillərin satılmasında artım müşahidə edilir".

Ekspert hesab edir ki, ölkədə avtomobillərin bəzi komponentləri istehsal edilə bilər:

“İstənilən avtomobilin detallarında əsasən, neftdən hazırlanan məhsullar yer alır. Onları istehsal etmək çətin deyil. Məsələn, əvəllər qonşu Türkiyədə böyük avtomobil şirkətləri fəaliyyətə başlayanda yerli detalların istehsalı çox az idi. İndi az qala avtomobil detallarının yarısı Türkiyədə istehsal olunur. Hətta Türkiyədə istehsal edilən avtomobil detallarının ixracı ayrıca gəlir mənbəyinə çevrilib".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar