Ru
18:15 / 24 Dekabr 2022

Yol polisi bu sürücülərə hədiyyə payladı - VİDEO

1826
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxt ərazisində moped və velosiped sürücülərinə xüsusi işıqqaytarıcı jiletlər paylanılıb.

İdarədən Bakupost.az -a verilən xəbərə görə, aksiya paytaxtın müxtəlif ərazilərində keçirilib. Çatdırılma xidmətini həyata keçirən şəxslərə bu jiletlər hədiyyə edilib və onlarla maarifləndirici söhbətlər aparılıb.

Aksiyanın keçirilməsində məqsəd mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasından ibarətdir.

Qeyd edək ki, sutkanın qaranlıq vaxtı, xüsusi ilə məhdud görünmə şəraitində bu jiletlərdən istifadə edilməsi yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər