Ru
10:04 / 05 Aprel 2024

Yük maşınını təkərsiz sürən şəxs cəzalandırıldı

2082
Sumqayıtda təkəri olmayan qəzalı yük avtomobilinin yedəyə alınaraq təhlükəli üsulla daşınması ilə bağlı yayılan video Baş DYP İdarəsində araşdırılıb.

İdarədən Bakupost.az -a bildirilib ki, nasaz avtomobillə yol örtüyünü yararsız hala salmaqla yanaşı digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, eləcə də maşını yedəyə alaraq təhlükəli üsulla daşıyan sürücülər müəyyən olunub. Onların barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

DYP ictimai qınağa səbəb olan belə halların digər sürücülər tərəfindən təkrarlanmaması ilə bağlı xəbərdarlıq edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər