Ru
18:43 / 03 Oktyabr 2022

Zabux və Susda evlərdə tələ-minalar aşkarlandı - FOTOLAR

2160
Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin təmizlənməsi əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılan tələ-minalara rast gəlinib.



Bu barədə Bakupost.az -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.



Bildirilib ki, evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, eləcə də PMN-Э Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunub.



"Yüksək partlayışın baş verməsi məqsədilə partlayıcı qurğuları birləşdirməklə faciənin miqyasını böyütmək düşmənin insanlıq əleyhinə düşünülmüş xəyanətkar xislətidir. Bu kimi faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətinin davam etdirdiyinin göstəricisidir. Tələ-minaların, ölüm ehtimalını artıran mina-sürprizlərin quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir", - məlumatda vurğulanıb.



Xatırladaq ki, ANAMA-nın Təmizləmə Qrupları Laçın rayonunda minatəmizləmə əməliyyatlarını davam etdirir.
Zabux və Susda evlərdə tələ-minalar aşkarlandı - FOTOLAR
Zabux və Susda evlərdə tələ-minalar aşkarlandı - FOTOLAR
Zabux və Susda evlərdə tələ-minalar aşkarlandı - FOTOLAR
Zabux və Susda evlərdə tələ-minalar aşkarlandı - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər