Ru
16:24 / 25 May 2022

Zakir Həsənov Selçuk Bayraktarla görüşdü - FOTO

Zakir Həsənov Selçuk Bayraktarla görüşdü -  FOTO
Eye

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşüb.

Nazirlikdən Bakupost.az -a verilən məlumata görə, Z.Həsənov iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini bildirib. Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayan nazir bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini qeyd edib.

Görüşdə bu il “Texnofest Azərbaycan” festivalının Bakıda keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Zakir Həsənov Selçuk Bayraktarla görüşdü -  FOTO
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü -  FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar