Ru
14:38 / 19 May 2025

Zaur ölkədən köçür? – Özü AÇIQLADI - VİDEO

Zaur ölkədən köçür? –  Özü AÇIQLADI - VİDEO
Eye

Aparıcı Zaur Baxşəliyev ölkədən köçmələri ilə bağlı yayılan iddialara cavab verib.

Bakupost.az xəbər verir ki, onlar bu barədə “Zaurla Günaydın” verilişində danışıb.

Zaur bildirib ki, tamaşaçılar onların dilindən eşitmədikləri məlumatlara inanmasınlar:

“Hara gedirik? Bunu kim özündən çıxarıb? Adam fikirləşir ki, müğənni də deyilik ki, belə deyib, toyların qarşısını alsınlar. Cəfəng şeyləri necə uydururlar? İki il əvvəl də belə bir xəbər çıxmışdı, ATV də yalanlamışdı. Özünə peşəkar deyən adamlar da bunu elə bəh-bəhlə danışırlar ki...

Yanlış məlumat yaymaqla bizə nə etmək istəyirsiniz? Biz heç yerə getmirik, Vətənimizi sevirik. Gəzmək üçün gedib qayıdırıq, onsuz da sezon bitəndə hamı gedir. Bunu kim yayırsa, yanlışdır. Nə olsa, bizdən eşidə bilərsiniz”.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar