Ru
14:05 / 19 May 2025

Avtomobil partladıldı: 4 ölü, azı 20 yaralı

Avtomobil partladıldı: 4 ölü, azı 20 yaralı
Eye

Pakistanın Bəlucistan vilayətində bazar yaxınlığında baş verən avtomobil partlayışı zamanı 4 nəfər həlak olub, azı 20 nəfər yaralanıb. Hadisə Əfqanıstanla sərhəddə yerləşən Qillah Abdullah şəhərində qeydə alınıb.

Bakupost.az “Euronews”-ə istinadən xəbər verir ki, partlayış nəticəsində bir neçə mağaza və yarımhərbi qüvvələrin yerləşdiyi bina zədələnib. Bu barədə həmin qüvvələrin rəhbərlərindən olan Abdullah Riyaz məlumat verib.

Hücumun məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməyib. Lakin şübhələr etnik bəluc separatçılarına, xüsusilə son aylarda bir sıra hücumlar həyata keçirən Bəlucistan Azadlıq Ordusuna (BAO) yönəlir.

Bəlucistan hökumətinin sözçüsü Şahid Rind partlayışı pisləyərək hadisə ilə bağlı araşdırma başladıldığını bildirib.

Amin Rızayev, BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar