Ru
18:11 / 14 İyul 2026

AZAL-ın Trabzon-Bakı reysi ləğv edildi - SƏBƏB

AZAL-ın Trabzon-Bakı reysi ləğv edildi -  SƏBƏB
Eye

Azərbaycan Hava Yollarının 14 iyul 2026-cı il tarixinə planlaşdırılan J2 – 8048 nömrəli Trabzon-Bakı reysi texniki nasazlıq səbəbindən təxirə salınıb.


"Bakupost" xəbər verir ki, bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq AZAL-dan bildirilib.

Qeyd olunub ki, sözügedən reysin sərnişinlərinin 15 iyul tarixində həyata keçiriləcək reys vasitəsilə daşınması nəzərdə tutulur.

Uçuşu gözləmə müddətində sərnişinlərə aviaşirkətin qaydalarına uyğun xidmət göstərilib.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçtu vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar