Ru
10:34 / 25 Dekabr 2025

AZAL təyyarəsinin qəzadan əvvəlki son görüntüləri – VİDEO

AZAL təyyarəsinin qəzadan əvvəlki son görüntüləri – VİDEO
Eye

Qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin havaya qalxmazdan əvvəl Bakıda - Heydər Əliyev Beynəlxalq Hava Limanında lentə alınmış son görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bakupost.az xəbər verir ki, kadrlarda təyyarənin uçuşa hazırlıq mərhələsində olduğu, sərnişinlərin öz yerlərini aldığı qeyd olunub. Görüntülər qısa müddətdə sosial platformalarda geniş müzakirələrə səbəb olub və faciədən öncəki son anlar kimi təqdim edilir.

Paylaşılan video sərnişinlərdən biri tərəfindən Bakıda çəkilib.

Xatırladaq ki, sözügedən AZAL təyyarəsi 2024-cü il dekabrın 25-də məcburi enişə cəhd edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində ölən və xəsarət alanlar olub, qəzanın səbəbləri ilə bağlı araşdırmalar aparılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar