Ru
10:42 / 25 Dekabr 2025

Naxçıvanda -10 dərəcə şaxta var – Faktiki hava

Naxçıvanda -10 dərəcə şaxta var – Faktiki hava
Eye

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Bakupost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.

Düşən yağıntının miqdarı Xaçmaz və Qubada 3, Şabran, Bakıda və Abşeron yarımadasında 2, Qusarda 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Qobustanda 16 m/s-dək güclənib.

Quba, Qusar, Şərur, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Sabirabad, Biləsuvar, Lənkəran, İmişli, Astarada duman müşahidə olunub. Görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 8, Aran rayonlarında 2 dərəcəyədək şaxta qeydə alınıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar