Ru
11:00 / 25 Dekabr 2025

Yenilənmiş 50 manatlıq tədavülə buraxılır - FOTO

Yenilənmiş 50 manatlıq tədavülə buraxılır - FOTO
Eye

Bu gündən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanı tədavülə buraxılır.

Bu barədə Bakupost.az -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilib ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində həmçinin “2025” istehsal ili əks olunub.

Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd edək ki, yenilənmiş 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar