Ru
11:06 / 30 Sentyabr 2019

Azərbaycan beynəlxalq turizm sərgisində təmsil olundu

3611

Azərbaycan “Naxçıvan Muxtar Respublikası” stendi ilə beynəlxalq sərgidə təmsil olundu

BakuPost xəbər verir ki, Türkiyə Respublikasının Van şəhərində 26-29 sentyabr tarixlərində keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”n ölkəmiz ilk dəfə təmsil olunub.
Sərgidə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti “Naxçıvan Muxtar Respublikası” stendinən təmsil edib.

Artıq onuncu ildi keçirilən sərgidə Ermənistanın saxta,oğurluq mədəniyyətinin sərgisi nümayəndə heyəti tərəfindən qarşısı alınıb.
16 ölkədən 350 şirkətin iştirak etdiyi sərgi zamanı , 52 kvadrat metrlik sahədə “Naxçıvan Muxtar Respublikası” stendi və İrəvan xanlığının bayrağı sərgi iştirakçılarını diqqətini xüsusilə cəlb edib.

Qeyd edək ki, stenddə Naxçıvan Muxtar Respublikasında yerləşən tarix-mədəniyyət abidələrinin böyük ölçülü fotoşəkilləri nümayiş etdirilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və Naxçıvan Muxtar Respublikasının turist xəritəsi sərgi iştirakçılarına təqdim olunub. Sirab, Badamlı, duz və digər Naxçıvan brendi məhsullar beynəlxalq sərgidə nümayiş etdirilib.

Günel



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər