Ru
11:51 / 18 May 2026

Azərbaycan çempionatında azarkeşlər futbolçuları döyməyə çalışdı - VİDEO

Azərbaycan çempionatında azarkeşlər futbolçuları döyməyə çalışdı  - VİDEO
Eye

Azərbaycan İkinci liqasında keçirilən “Kür Araz” - “Araz Saatlı” oyununda dava düşüb.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşmanın 90+1-ci dəqiqəsində futbolçular arasındakı mübahisə davaya çevrilib.

Hər iki komandanın məşqçilər heyəti və futbolçuları əlbəyaxa dava edib. Daha sonra azarkeşlər də davaya daxil olub. Onlardan bir neçəsi meydana düşərək futbolçuları döyməyə çalışıb.

Baş hakim Sənan Bayramzadə 4 futbolçuya qırmızı vərəqə göstərib. Qarşılaşma isə yarımçıq qalıb.

Görüntüləri təqdim edirik:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar