Ru
16:57 / 14 Yanvar 2026

Bakı dörd ermənini İrəvana təhvil verdi

Bakı dörd ermənini İrəvana təhvil verdi
Eye

Azərbaycan Vaqif Xaçatryan, Gevorq Sucyan, David Davtyan və Vigen Eulcekcianı Ermənistana təhvil verib.


Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, təhvilvermə prosesi Həkəri çayı üzərindəki körpüdə baş tutub.

N.Paşinyan bildirib ki, Gevorq Sucyan, David Davtyan və Viken Eulcekcianın səhhətində problem yoxdur.

O qeyd edib ki, Vaqif Xaçatryanın səhhəti isə qənaətbəxş qiymətləndirilir, onlar İrəvana aparılırlar.

Xatırladaq ki, Davtyan David və Sucyan Gevorq casusluqda təqsirləndirilirdilər. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 (qanunsuz silah saxlama), 276 (casusluq), 279 (qanunvericiliklə nəzərdə tutulmamış silahlı birləşmələrin və ya qrupların yaradılması), 318 (sərhədi qanunsuz keçmə) maddələri ilə ittiham olunurdular.

2021-ci il iyulun 28-də Azərbaycanda məhkəmə Davtyan və Sucyanı hər birini 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

2013-cü ildə Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunaraq beynəlxalq axtarışa verilən Vaqif Xaçatryan səhhəti ilə əlaqədar Ermənistan Respublikası ərazisinə keçməyə cəhd edərkən 29 iyul 2023-cü ildə "Laçın" sərhəd-keçid məntəqəsində saxlanılıb və istintaqa təqdim edilib. Həmin gün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalinin deportasiyası və məcburi köçürülməsi) maddələri ilə ittiham irəli sürülüb, üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bakı Hərbi Məhkəməsi ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, cəzasının ilk beş ilini həbsxanada, qalan müddəti isə ciddi rejimli islah koloniyasında çəkməlidir.

Erməniəsilli livan muzdlusu Viken Eulcekciyan 2020-ci il Vətən müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. DTX-də açılmış cinayət işi üzrə o, Azərbaycan Cinayət Məcəlləsinin 114.3 (muzdluluq), 214.2.1 və 214.2.3 (terrorizm), 228.2.1 (silah və döyüş sursatı ilə qanunsuz əməllər), 279.1 (qanunsuz silahlı birləşmələrin yaradılması) və 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə məsuliyyətə cəlb edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Eulcekciyana 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasının ilk beş ilini həbsxanada, qalan on beş ilini isə ciddi rejimli islah müəssisəsində çəkməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar