Ru
18:37 / 27 Oktyabr 2025

Azərbaycan Ermənistana yol verdi - Paşinyan səhv başa düşdü

Azərbaycan Ermənistana yol verdi - Paşinyan səhv başa düşdü
Eye

Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsindən sonra Paşinyan iki dəfə bu haqda danışıb. Bildirib ki, Türkiyə və Azərbaycan arasında yük daşımalarının Ermənistan üzərindən həyata keçirilməsinə hazırıq. Erməni baş nazir hətta bunun üçün marşrut xəttini də təklif edib: Marqara-Keşişkənd-Qarakilsə-Gorus yolu. Bu, Azərbaycanın jestinə adekvat reaksiya kimi görünsə də, Bakının tranzit qadağasını ləğv etmək qərarı ilə Paşinyanın təklifi arasında fərq var.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

“Azərbaycan qadağanı ləğv edib, lakin yüklərin sərhəddən keçidi hələ gündəmdə deyil: Qazaxıstandan (fərqli ölkə də ola bilər) Ermənistana aparılan yüklər Azərbaycana daxil olur, Gürcüstan üzərindən İrəvana aparılır. Rəsmi Bakı bununla kommunikasiya bərpası razılaşmalarını praktiki müstəviyə köçürür, hərçənd, Zəngəzur dəhlizi açılmadan birbaşa tranziti tətbiq etmir. Bu gediş Ermənistanı dəhlizi maksimum tez açmağa sövq etməyə də hesablanıb.

Ermənistanın Türkiyə və Azərbaycan arasında tranzit olmaqda israrlı mövqeyinin isə öz hədəfləri var:

- Gorusdan sərhəd keçidini açmaqla Ermənistana daşınan yüklərin də birbaşa tranzitinə nail olmaq, eyni zamanda, Marqara keçid məntəqəsini işlək vəziyyətə salaraq, Türkiyə ilə sərhədin açılması presedentini yaratmaq;

- Ankaranın sərhədin açılması üçün irəli sürdüyü “Bakı ilə razılaşmaq” şərtinin aktuallığını arxa plana keçirmək;

- Kommunikasiyanın bərpasına Zəngəzur dəhlizi açılmadan başlamaq;

Bu baxımdan, Nikol Paşinyanın Ermənistanın Türkiyə-Azərbaycan yüklərinə tranzit olmaqla bağlı israrlı açıqlamalarında məqsəd heç də “jestə qarşı jest etmək” deyil. Rəsmi Bakının məsələyə reaksiya verməməsi İrəvanın niyyətindən xəbərdar olması kimi qəbul oluna bilər. Mümkündür ki, Azərbaycan perspektivdə Ermənistan tranzitindən “pilot layihə” kimi bir, ya bir neçə dəfə istifadə etsin, lakin Zəngəzur dəhlizi açılmadan regional kommunikasiyanın bərpası reallaşmayacaq. Bakı üçün regional kommunikasiyanın paket şəkilində açılması məqbuldur”, - o bildirib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar