Ru
10:54 / 23 Avqust 2025

Azərbaycan kriminal avtoriteti Hindistana verdi

Azərbaycan kriminal avtoriteti Hindistana verdi
Eye

Azərbaycan Hindistanın ötən il Bakıda həbs edilmiş ən çox axtarışda olan kriminal avtoritetlərindən biri sayılan Mayank Sinqhi ölkəsinə ekstradisiya edib.

Bakupost.az xəbər verir ki, Hindistanın Antiterror Bölməsinin bir qrup əməkdaşı Sinqhi Bakıdan Çarkand ştatının paytaxtı Rançiyə çatdırıb.

Sinqh Çarkandın xaricdən ekstradisiya edilmiş ilk qanqsteridir. O, İnterpolun qırmızı bildirişi ilə uzun müddət beynəlxalq axtarışda olub.

Sinqh Hindistandan qaçmazdan əvvəl Racastan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib.

Ona qarşı 45 cinayət işi qaldırılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar