Ru
10:40 / 23 Avqust 2025

Türk reper konsertdən sonra atəşə tutuldu

Türk reper konsertdən sonra atəşə tutuldu
Eye

Türkiyənin Tekirdağ vilayətinin Hayrabolu rayonunda təşkil olunan festivalda səhnəyə çıxan məşhur reper Çakal (Emirhan Çakal) konsertdən sonra silahlı hücuma məruz qalıb.

Bakupost.az axsam-a istinadən xəbər verir ki, hadisə alkoqollu bir şəxsin təsadüfi açdığı atəş nəticəsində baş verib.

İddialara görə, Çakalın həyat yoldaşı ilə foto çəkdirə bilməyən bir şəxs, yaxınlıqdakı bağ evində spirtli içki qəbul etdikdən sonra havaya tüfənglə atəş açıb. Tüfəngdən çıxan qırmalar reperin ayağına tuş gəlib. Yaralanan sənətçi əvvəlcə Hayrabolu Dövlət Xəstəxanasında ilkin tibbi yardım alıb, daha sonra isə İstanbulda yerləşən özəl xəstəxanaya təxliyə edilib.

Başlanan istintaq çərçivəsində saxlanılan şəxs hadisəni etiraf edib. Onun yüksək dərəcədə alkoqollu vəziyyətdə olduğu və təsadüfən reperi vurduğu məlum olub.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar