Ru
12:19 / 23 Avqust 2025

Türkiyənin Zəngəzur dəhlizindən qazancı açıqlandı

Türkiyənin Zəngəzur dəhlizindən qazancı açıqlandı
Eye

Türkiyənin 30 illik proyeksiya çərçivəsində Zəngəzur dəhlizindən proqnozlaşdırdığı gəlirin həcmi açıqlanıb.

Bakupost.az "Yenisabah.az"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu danışıb.

O bildirib ki, Türkiyə Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttini tikib tamamladıqdan sonra buraya yatırılan sərmayəni müəyyən müddət ərzində geri qazanacaq.

Zəngəzur dəhlizinin bölgə üçün həyati əhəmiyyətini vurğulayan Uraloğlu bu marşrutun Orta Dəhlizi dəstəkləyəcəyini bildirib:

“Zəngəzur dəhlizi ilə ildə 15 milyon ton yükdaşıma həyata keçiriləcək. Bu dəhliz vasitəsilə 30 illik proqnozda 135 milyard lirə əməliyyat gəliri, 3 milyard lirə qəza azaldılması, 2,1 milyard lirə iqlimə təsirin azaldılması, 3,5 milyard lirə vaxt qənaəti və 4 milyard lirə avtomobil yolu təmiri qazancı əldə edəcəyik. Beləliklə, Zəngəzur dəhlizindən 30 illik proqnozla 147,6 milyard lirə gəlir əldə edəcəyimizi hesablamışıq”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar