Ru
22:28 / 09 Oktyabr 2019

Azərbaycan millisi səfərdə qələbə qazandı

Azərbaycan millisi səfərdə qələbə qazandı
Eye

Futbol üzrə Azərbaycan milli komandası bu gün Bəhreyn komandası ilə yoldaşlıq görüşünə çıxıb.

BakuPost-un məlumatına görə, Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb. Qarşılaşma millinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı meydan sahibləri açıb. Lakin 41-ci dəqiqədə Rüfət Dadaşov bərabərlik qolunu vurub.

62-ci dəqiqədə Təmkin Xəlilzadə qonaq komandanı hesabda irəli çıxarıb. Bəhreyn tezliklə hesabı bərabərləşdirsə də, 70-ci dəqiqədə Ramil Şeydayev yekun nəticəni müəyyənləşdirib - 3:2.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. "Groupama" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar