“Son zamanlar Ermənistan mətbuatını izləmək üçün daha çox zaman ayırıram, çünki, bu seçkilərin regionumuza təsirləri olacaq”.
Bakupost.az xəbər verir ki, bu sözləri Natiq Cəfərli bildirib.
O qeyd edib ki, Paşinyan və komandasının, eləcə də 3 əsas rusiyapərəst partiyanın ritorikası keçmişdə ilişib qalmaqla yanaşı, adi məntiqi ardıcıllığını da itirib:
“Paşinyan gələcəkdən, onlar keçmişdən danışır. Amma məntiqsizlik insanı gülümsədir – məsələn, hər 3 partiya israr edir ki, Azərbaycan və Türkiyə Paşinyanı dəstəkləyir, onun seçilməsini istəyirlər. Ardınca isə hər 3 partiya deyir ki, Azərbaycan sülh istəmir, Türkiyə ilə birlikdə müharibəyə hazırlaşır.
Paşinyan sülhdən, bu 3 “urus” partiyası revanşdan və müharibədən danışır. Azərbaycan müharibə istəsəydi, tam tərsinə, Nikolun deyil, o 3 partiyanın hakimiyyətə gəlməsində maraqlı olardı – məntiq bunu deyir. O 3 partiya müharibə istəyir, biz də istəyiriksə və hazırlaşırıqsa, onların gəlməsini istərdik ki, müharibə olsun. Bir daha başları əzilsin, elə deyil?!
Adi məntiqdir axı, Nikol sülh istəyirsə, biz isə müharibə istəyiriksə, niyə Paşinyanı dəstəkləyək ki?!”
Yasəmən,
BakuPost