Ru
12:14 / 08 Sentyabr 2025

Azərbaycan Prezidenti Qazaxıstana səfər edəcək

Azərbaycan Prezidenti Qazaxıstana səfər edəcək
Eye

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfərinin hazırlandığını bildirib.

Bakupost.az xəbər verir ki, bunu K.Tokayev Qazaxıstan xalqına müraciəti zamanı deyib.

"İlin sonunda Rusiya və Özbəkistana rəsmi səfərlərim olacaq. Həmçinin Azərbaycan, Ermənistan, Türkmənistan rəhbərlərinin Astanaya səfərləri hazırlanır, bir sıra Asiya, Avropa, Afrika ölkələrinin başçıları ilə görüşlər və danışıqlar planlaşdırılıb", - K.Tokayev bildirib.

Onun sözlərinə görə, cari il əlamətdar tarixlərlə zəngin olub.

Qazaxıstan Prezidenti, həmçinin dünyadakı vəziyyət barədə danışıb: "Daimi sülh və ümumi tərəqqi naminə kompromislər axtarmaq lazımdır. Buna görə də Qazaxıstan Alyaskada Rusiya-ABŞ sammitinin nəticələrini, həmçinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan Birgə bəyannaməni alqışlayıb".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar