Rusiyanın Stavropol vilayətində Azərbaycan vətəndaşı saxlanılıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Hələlik adı açıqlanmayan Azərbaycan vətəndaşı terror aktlarının hazırlanmasında şübhəli bilinir. O, Rusiyada qadağan olunmuş Ukrayna terror təşkilatının tərkibinə könüllü olaraq qoşulmaqda ittiham olunur. Onun təşkilatın rəhbərlərinin göstərişi ilə Yesentukidə və Stavropolda yerləşən bir sıra obyektlər — xüsusilə hüquq-mühafizə orqanlarına aid inzibati binalar və nəqliyyat infrastrukturu üzrə ətraflı kəşfiyyat apardığı bildirilir.
Aysel,
Bakupost