Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən
Bakupost.az-a verilən məlumata görə, artıq bir müddətdir, İslam Səfərli küçəsində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən abadlıq-quruculuq işləri aparılır.
İşlər çərçivəsində döşəmə örtüyü yenilənir, piyadayönümlülük yaradılır və həmin ərazinin müyəssərliyi təmin edilir. Eyni zamanda, müvafiq qurumlar tərəfindən ərazidə mövcud yararsız kommunikasiyaların yenilənməsi işləri aparılır.