Ru
14:54 / 08 Sentyabr 2025

Dəniz sahilində kütləvi zəhərlənmə - Xəstəxanaya çatdırıldılar

Dəniz sahilində kütləvi zəhərlənmə - Xəstəxanaya çatdırıldılar
Eye

Xızı rayonunun Giləzi qəsəbəsində kütləvi zəhərlənmə olub.


Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.

Qeyd edilib ki, zəhərlənənlərin hamısı qohumdur. Onlar dünən Giləzidə dəniz sahilində qohumlarının tələbə olması ilə bağlı məclisdə iştirak ediblər. Belə ki, hər ailə özü ilə müxtəlif qidalar gətirib və birgə yeyib-içiblər.

Zəhərlənən şəxslərin həyatına təhlükə olmadığı bildirilib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar