Ru
12:32 / 08 Sentyabr 2025

Bakıda mikravtobus qəzaya düşüb: 19 yaralı var -YENİLƏNİB

Bakıda mikravtobus qəzaya düşüb: 19 yaralı var -YENİLƏNİB
Eye

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox insan xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Fatkla bağlı araşdırma aparılır.

***
12:30

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 19 nəfər xəsarət alıb.

Bu barədə Bakupost.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-i saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın, 1 kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir.

Vəziyyətləri orta ağır qiymətləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar