Ru
10:10 / 08 Sentyabr 2025

“3-4 saniyə geciksəydim, çox şey dəyişəcəkdi...” - VİDEO

“3-4 saniyə geciksəydim, çox şey dəyişəcəkdi...” - VİDEO
Eye

Xəbər verdiyimiz kimi, sentyabrın 6-sı Biləcəri qəsəbəsində yük avtomobilinin körpüdən aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı həmin ərazidən keçən 92 nömrəli marşrut avtobusunun sürücüsü peşəkarlıq göstərərək sərnişinləri təhlükədən xilas edib.

Bakupost.az xəbər verir ki, avtobus sürücüsü Vüsal Məmmədov hadisə barədə İTV-yə danışıb.

O bildirib ki, 3-4 saniyə geciksə idi, çox şey dəyişə bilərdi.

“Biləcəridən Əcəmi istiqamətinə gedirdim, işıqforun yanında dayanmışdım. Qırmızı işıq yandığı üçün hərəkət yox idi. Gördüm, yuxarıdan içərisi boru ilə dolu tır gəlir, avtobusu dərhal arxa istiqamətə hərəkət etdirdim ki, sərnişinləri xilas edim. Zərbənin təsiri ilə qabırğalarım ağrayır. Sərnişinlərdən isə xəsarət alan olmayıb. Sərnişin daşıyan sürücü diqqətli olmalıdır. Özümlə bərabər 70-80 nəfər can daşıyırdım”, - V.Məmmədov qeyd edib.

Daha ətraflı videomaterialda:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar