İspaniya millisinin və “Barselona”nın 18 yaşlı futbolçusu Lamin Yamal DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə oyundan sonra pasportunu itirib.
Bakupost.az “Beyaz futbol”a istinadən xəbər verir ki, futbolçu matçdan sonra uzun müddət pasportunu axtarıb.
Yamal bunun üçün paltardəyişmə otağına qayıdıb, lakin sənədini yenə tapa bilməyib.
Gənc futbolçu pasportunu axtardığı üçün komanda onu bir saatdan çox gözləyib.
Onun Türkiyəni sənədsiz necə tərk edə bildiyi hələlik məlum deyil.