Azərbaycan 20 sentyabrda Moskvada keçiriləcək “İnterviziya” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib.  Ermənistan isə iştirakla bağlı cavab verməyib və müsabiqəyə ifaçı göndərməyib.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Sergey Lavrov məlumat verib. Onun sözlərinə görə, Ermənistan da hələlik öz iştirakını təsdiqləməyib:
 
"Erməni dostlarımız yaxşı bilirdilər ki, müsabiqə keçirilir və niyə iştirakçılar arasında erməni mədəniyyəti nümayəndələrinin olmaması məsələsi bizdən asılı deyil."
Qeyd edək ki, avqust ayında müsabiqənin rəsmi Instagram hesabı bildirmişdi ki, Azərbaycan və BƏƏ “İnterviziya-2025” mahnı müsabiqəsində iştirak etməyəcək.
Aysel,
BakuPost