2025-2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetində "Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb.
Bakupost.az xəbər verir ki, ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olduğu halda, bu il məbləğ 6500 manata yüksəlib.
Bununla belə, "Tibb” ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də 520 yer ayrılıb.
Həmçinin Stomatologiya ixtisasının da məbləği eyni miqdarda artıb.