Rusiya Müdafiə Nazirliyi Ukraynadan 84 rus əsirinin geri qaytarıldığını bildirib. Bunun müqabilində 84 ukraynalı hərbçi qarşı tərəfə təhvil verilib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rusiya hərbçiləri hazırda Belarusdadır və onlara psixoloji və tibbi yardım göstərilir.
Sonuncu hərbi əsir mübadiləsi iyulun 23-də Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu zamanı baş tutub. Həmin vaxt tərəflər 250-yə yaxın əsiri bir-birinə ötürüb və daha 1200 hərbçinin dəyişdirilməsi barədə razılığa gəliblər.