Ru
16:14 / 14 Avqust 2025

Metroda doğulan körpə və anası evə buraxıldı

Metroda doğulan körpə və anası evə buraxıldı
Eye

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan körpə və anası bu gün xəstəxanadan evə buraxılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, hazırda hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Körpə sərbəst şəkildə tənəffüs alır, qidalanır və sağlamdır:

“Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın da vəziyyəti müsbət qiymətləndirilir. Tibb müəssisəsində körpəyə lazımi qulluq qaydaları barədə anaya ətraflı məlumatlar verilib”.

Qeyd edək ki, avqustun 8-i saat 07:40 radələrində “20 Yanvar” stansiyasında doğulan körpəyə “Bakı Metropoliteni” QSC tərəfindən 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar