Azərbaycanın "Silk Way Business Aviation” şirkətinə məxsus sərnişin təyyarəsi Rusiyanın paytaxtı Moskvada yerləşən Şeremetyevo hava limanına enərkən qarlı zolaqdan kənara çıxıb.
Bu barədə BakuPost-a şirkətdən bildirilib.
Məlumata görə, təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb. Təyyarəyə də ziyan dəyməyib.