Ru
13:21 / 09 May 2025

Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı

Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı
Eye

Azərbaycanın 1-ci Dövlət Katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, Mir Heydər İsmayılov iki nəfərə torpaq alqı-satqısında kömək edəcəyi barədə yalan vəd verməkdə, onların 810 min manatını ələ keçirməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq -xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Tofiq İsmayılov 1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının ilk Dövlət Katibi vəzifəsinə təyin edilib. Həmin il noyabrın 20-də Qarabağın Qarakənd kəndi üzərində hərbi vertolyotun vurulması nəticəsində faciəli surətdə həlak olub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar