Ru
13:40 / 09 İyul 2026

Azərbaycanda ət bahalaşacaq - SƏBƏB

Azərbaycanda ət bahalaşacaq  - SƏBƏB
Eye

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) diri heyvanların ölkəyə idxalı ilə bağlı tətbiq etdiyi yeni tələblər bazarda geniş müzakirələrə səbəb olub. Yeni qaydalara əsasən, heyvanlar yalnız xüsusi təchiz olunmuş nəqliyyat vasitələri ilə daşınmalı olacaq ki, bu da idxalçılar üçün əlavə logistika və maliyyə xərcləri yarada bilər.


Bəs bu dəyişikliklər ət və diri heyvanların satış qiymətlərinə necə təsir göstərəcək, əlavə xərclərin yükü sonda istehlakçının üzərinə düşəcəkmi?

"Bakupost" xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Natiq Cəfərli istənilən tənzimləmə qaydalarının sərtləşdirilməsi əlavə xərc yaradır deyib.

Onun sözlərinə görə, yeni tələblərin icrası üçün xüsusi nəqliyyat vasitələrinin alınması, müvafiq infrastrukturun qurulması və əlavə logistika xərclərinin qarşılanması zərurəti yaranacaq:

“İstənilən tənzimləmə qaydalarının sərtləşməsi əlavə xərc tələb edir. Əgər diri heyvanların daşınması ilə bağlı yeni şərtlər qoyulursa, bu, xüsusi təchiz olunmuş avtomobillərin alınmasını, yeni infrastrukturun yaradılmasını və əlavə xərclərin çəkilməsini zərurətə çevirir. Əlavə xərclər isə məhsulun maya dəyərini artırır. Maya dəyəri artdıqca qiymətlər də yüksəlir.”

İqtisadçı hesab edir ki, bütün bu xərclərin son nəticədə istehlakçıların üzərinə düşməsi qaçılmazdır.

“İstənilən tənzimləmə qaydasının son ödəyicisi Azərbaycan vətəndaşı olur. Qiymət artımı sonda vətəndaşın cibindən çıxır. Buna görə də biz uzun illərdir hesab edirik ki, Azərbaycanda daha kiçik və effektiv hökumət modeli formalaşdırılmalıdır. Tənzimləyici mexanizmlərin bir hissəsi əhəmiyyətli dərəcədə yumşaldılmalı, bəziləri isə tamamilə ləğv edilməlidir”, – deyə Natiq Cəfərli vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar