Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu amnistiya aktı ilə minlərlə məhbusun həbsdən azad ediləcəyi, eyni zamanda xeyli məhbusun cəzasının azaldılacağı gözlənilir. Məlumatlı mənbənin bildirdiyinə görə, ümumimilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə elan olunacaq amnistiyanın Azərbaycanda ən böyük amnistiya aktı olacağı gözlənilir.
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, 2023-cü il Azərbaycanın ictimai-siyasi həyatında böyük hadisələr olacaq:
"Çünki Prezident İlham Əliyev tərəfindən 2023-cü il Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyilə bağlı
"Heydər Əliyev ili" elan edildi. Prezident Adminstrasiyasına da iki ay müddətində tədbirlər planının hazırlanması tapşırılıb. Bu tədbirlər planında nələr olacağını əvvəlcədən müəyyən etmək, qəti fikir söyləmək çətindir. Doğrudur, bu tədbirlər planına istənilən qurumlar, dövlət orqanları, vətəndaş cəmiyyətləri təkliflər verə bilər. Eyni zamanda, elə təşəbbüslər ola bilər ki, onlar doğurdan da tədbirlər planına düşməyə layiqdir".
Ə.Nuriyev, gələn il ümummilli lider Heydər Əliyevin 100 illiyilə əlaqədar əfv sərəncamının olması ilə bağlı çox fikirlər səsləndiyini və bunu istisna etmədiyini vurğulayıb:
"Xüsusilə böyük günlər üçün əfv sərəncamlarının imzalanmasının şahidi olmuşuq. Məsələn, 2018-ci ildə Cümhuriyyətin 100 illiyilə bağlı, həmçinin Zəfər günü ilə bağlı böyük bir əfv sərəncamı oldu. Yəni, belə mühüm tarixlərdə əfv sərəncamının imzalanması istisna olunmur. Eyni zamanda, Azərbaycanda ümumilikdə 68 əfv sərəncamı olub ki, onun 33-ü məhz Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb.1995-ci ildə Konstitusiyaya əfv hüququnun salınması da məhz onun təşəbbüsü ilə olub. Humanizm və mərhəmət ümummilli lider Heydər Əliyevin fəaliyyətinin əsas prinsiplərindən olub. Ona görə də biz amnistiya aktının olacağını istisna etmirik. Azərbaycan xalqı, dövlətçiliyi üçün nəhəng miqyaslı işlər görmüş bir şəxsin 100-cü ildönümü təbii ki, böyük hadisələrlə zəngin olacaq".
Fərid
Baku Post
Həmçinin oxuyun:
Cənab Prezident, son ümid yerim Sizədir və Sizə yazmaqdan başqa çarəm yoxdur. Balakən R. Məhkəməsinin hökmünə əsasən həyat yoldaşım, Çunayev Elman Məhəmməd oğlu Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələr üzrə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda çəkilməmiş qalan cəzanın müddəti 2 il 8 ay təşkil edir. Cənab Prezident, nə mən, nə yoldaşımın 87 yaşlı ahıl və xəstə anası, nə də uşaqların heç bir qazanc yeri yodur, köməksiz səfil vəziyyətdə qalmış bir ana kimi Sizdən xahiş edirəm həyat yoldaşım Elman Çunayevi əfv edin, onun ailəmizə bağışlayın.
Salam. menim yoldawima 6 il hebs cezasi verilib. narkotik istifade edirdi. 2 evladim var ozum islemirem. cox xaiw edirem menim yoldawimin cixmasina bagiwlanmasina komeklik edesiz nolar.
Salam mene 1il9ay qandal vurulub 11 ayi gedib men amnistiyaya düşecem?
Salam mənim atama 2il 6ay elktron qolbağcəza verblər 8ayı gedib İLHAM BABA NOLAR SƏNƏ QURBAN OLARAM AMNİS VER UŞAQLAR ATALARINAN BİR YERDƏ OISUN OLHAM BABA SƏN BİZİZ ÜRƏYMİSƏN SƏNİ COX İSDƏYREM İLHAM BABAM
Möhtərəm prezident sizdən bir ana kimi xaiş var menim oqlum 7 sayli ceza cekme menteqesinde yatir 2 il hebs cezasi alib 8 ayi qalib cıxmaga.2 oglum var böyuk oglum 44 gunlük veten muharibesinde könüllü olarag iştrak edib kicik oglum ise hepisde di sizden xaişim oglumun efine ferman veresiz. Hörmetle Sevinc Musayeva
salam.yoldasim 6 il is alib.narkotiklə bagli.3 ovladim var cətinlik cəkirəm.yungulləsmə hali olacagmi.234.4.3 maddəsinə
Salam 234.1 maddəsi düsürmü ?Sizdən artıq dərəcədə xahis edirəm cavablandırın SƏHİD ANASIYAM 2 ci oglum həpis olunub ????????????????????????????????????????????????????????????
Allah hər birisinin qapısını açsın.
234.1.1amnista duwur ya yox
salam qardasim 3 aya yaxindi tutulub 2 il 11ay is verilib,narkotikle tutulub aministe dusur ?
Salam yoldasm 1 il 2 aydi turmededi 8 il alibancaq. Narkotikden isdifade edirdi isdifadeci olaraq tutlb o amniste duse bilermi 1 usaqi var
Möhtərəm prezident sizdən bir ana kimi xaiş var menim oqlum iqbal 2il 5 ay cəza alıb 8 aydı icerdedi mende xesdeyem imkanım yoxdu dalıyca geden xaiş edrem möhtərəm prezident onu eff edesizz Yasin ulu öndər yaşasın cənab İlham Əliyev qabaq Azərbaycandır
Oğluma avto qəza ilə əlaqədar 1il 6 ay məntəqə tipli cəza veriblər 3 yaşinda uşağı birdə yoldaşı hamilədir özüdə ali təhsillidir birinci məhkumluqdur o amnistiyə düşürmü
Menim yoldaşima 1il 6 ay iş kesmiçdiler onun 2 ayin yatib Aministe duşur?
Salam.İnşallah bu yazımı Prezident İlham Əliyev görər.Mənim atam yəni Əliyev Emin Tofiq oğlu 1 il 2 ay işi var içəridə.3 uşaq atasıdır anası xəstə 3 qardaşı uşaqlarına baxır.Atamın bu Qızıl aministə düşmə ehtimalı var?Sizdən xahiş edirəm.Bu yazıya baxasınız.İnşallah düşər.Allah bütün qapısı bağlı olan dustaqların qapısını açar amin.????