Ru
12:42 / 15 Aprel 2026

Azərbaycanda internet bahalaşacaq

Azərbaycanda internet bahalaşacaq
Eye

Son dövrlər qlobal iqtisadi proseslər enerji logistika və ərzaq qiymətlərində artım müşahidə olunur. Həmçinin rəqəmsal xidmətlərə tələbat yüksəlib. Ekspertlər bütün bunların fonunda internet qiymətində artım olacağını düşünürlər.

Bəs internet xidmətləri bahalaşacaq?

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, İKT eksperti Elvin Abbasovun sözlərinə görə, internetin qiyməti müvafiq xidmətlərə uyğun olaraq dəyişilməlidir:

"Amma bu proses internetin sürətinin artması ilə paralel həyata keçiriləcək. Sürət artdığına görə qiymət də artacaq. Nəticədə vətəndaş daha yüksək internet əldə edəcək. Qiymətlər tez-tez dəyişmir deyə, hər artım böyük görünür".

Vətəndaşlar isə internetin təzə ya köhnə qiymətindən asılı olmayaraq sürətin zəif olduğunu bildirirlər:

"İnternet 18 ya 25 manat olanda da eyni sürətdir, heç bir fərq yoxdur".

Ekspert qeyd edir ki, internetlə bağlı yaranan narazılıq provayderlərin şəxsi problemidir:

"Bunun ölkəyə verilən internetlə heç bir əlaqəsi yoxdur. Ölkədə internetin keyfiyyətində problem yoxdur".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar