Bu gün Azərbaycanda bütün vergi ödəyicilərinin rüblük vergi və sosial hesabatları üçün son gündür.
Bu barədə vergi ödəyicilərinə xəbərdarlıq mesajları belə gəlib.
İyulun 20-si gecə 00:00-a qədər hesabatı göndərməyənləri isə 40 manat cərimə gözləyir.
Bakupost.az xəbər verir ki, məhz bu gün günorta saatlarından e-taxes.gov.az saytı donaraq açılmır, heç kim elektron kabinetinə keçid edib, hesabatını göndərə bilmir.
Məsələ ilə bağlı Vergilər Xidmətinin qaynar xəttindən problemdən xəbərdar olduqlarını bildirdilər: "Sistemdə problem olduğunu blirik, məsələ araşdırılır".
Axşama kimi cəhdləri təkrarlayın cavabından başqa məlumat verilmədi.
Qeyd edək ki, əgər gecəyə kimi sistem işləməsə sahibkarlar, vergi ödəyiciləri əsassız olaraq cərimə olunacaq.
BakuPost