Qlobal bazarlarda qızılın qiymətində dəyişikliklər fonunda yerli bazarda fərqli əyarlı metalların qiyməti müəyyənləşib.
“Bakupost” xəbər verir ki, dünya birjalarında qızılın bir troya unsiyasının qiyməti hazırda 4063 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Bunun paralelində, Azərbaycanda 1 qram təmiz qızılın (999 əyar) rəsmi birja qiyməti təxminən 221.70 AZN təşkil edir.
Zərgərlik mağazalarında və daxili bazarda müxtəlif əyarlı qızılların 1 qramı üçün cari qiymətlər aşağıdakı kimidir:
999 əyar (Təmiz qızıl/Külçə): -221.70 AZN
875 əyar (Körfəz qızılı): -194.19 AZN
750 əyar (İtalyan qızılı): -166.44 AZN
585 əyar (Türk qızılı): -129.83 AZN
583 əyar (Rus qızılı): -129.38 AZN