Ru
00:42 / 04 İyun 2022

Azərbaycanda RİA Novosti saytına giriş bloklandı

Azərbaycanda RİA Novosti saytına giriş bloklandı
Eye

İyunun 3-ü axşam saatlarından Azərbaycanda RİA-Novosti agentliyinin saytına giriş bloklanıb.


Rusiya Federasiyasının bu dövlət media orqanının internet saytına girişin məhdudlaşdırılması ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.


Bununla yanaşı, faktiki olaraq RİA Novosti-nin filialı olan Sputnik-Azərbaycan agentliyinin saytına giriş açıq qalır.
Qeyd edək ki, iyunun 3-də Rusiya dövlət agentliyi - RİA Novosti Qarabağ separatçılarının liderlərindən biri Artak Beqlaryanla müsahibə dərc edib.


Bu materialın məzmunu Azərbaycanın suverenliyinin pozulmasıdır və 2020-ci ilin noyabrında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına ziddir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar