Ru
09:14 / 07 Yanvar 2020

Azərbaycanın məşhur oteli bağlandı - Səbəb

Azərbaycanın məşhur oteli bağlandı -  Səbəb
Eye

Qəbələdə yerləşən Qafqaz Resort Hotel öz fəaliyyətini müvəqqəti olaraq dayandırır.

Bu barədə Report-a Gilan Holdinqdən məlumat verilib.


"Həm azərbaycanlı, həm də xarici qonaqlar tərəfindən ən tanınan ve sevilən Qəbələ otellərindən biri olan - Qafqaz Resort Hotel – yanvar ayında başlayacaq irimiqyaslı təmir planı çərçivəsində bağlanır və may ayında otel yenidən öz qapılarını qonaqlar üçün açacaq", - məlumatda bildirilir.

Qafqaz Resort Hotel 98 lüks nömrədən ibarətdir. Otelin standart, yarılüks, kral otağı, prezident apartamentləri, kral lüks və ailəvi lüks kateqoriyalardan ibarət nömrələri təmirlə əlaqədar müvəqqəti olaraq may ayına kimi qonaqları qəbul etməyəcəkdir.

Holdinqdən bildirilib ki, hoteli əsaslı təmir gözləyir - qarşıda olan təmir işləri bütünlüklə Qafqaz Resort Hotelə şamil olunacaq, bunlar həm eksteryerin həm də interyerin yenilənməsi ilə qonaqlarda uzun illər unudulmaz təəssüratlar yaradacaq.

Qafqaz Resort Hotel Qəbələdə ilk beş ulduzlu otel olmaqla 2008-ci ildən fəaliyyət göstərir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar