Ru
17:39 / 20 İyul 2025

Rusiyanı “şeytanın təcəssümü” kimi təqdim etməyə çalışırlar - Peskov

Rusiyanı “şeytanın təcəssümü” kimi təqdim etməyə çalışırlar - Peskov
Eye

Rusiya Avropada Ukraynaya silah tədarükü ilə bağlı yaranan əhval-ruhiyyəni təhlükəli tendensiya kimi qiymətləndirir.

Bakupost.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu jurnalistlərə açıqlamasında bildirib.

"Qərb ölkələri Rusiyanı “şeytanın təcəssümü” kimi təqdim etmək üçün öz ölkələrində və xaricdə cəmləşmiş iş aparır. Avropa ölkələri arasında Rusiya ilə döyüşmək üçün kimin silah alacağı ilə bağlı fikir ayrılıqları yaranıb"- o, deyib.

Kremlin sözçüsü bu faktın “antirusiya və militarist ekstazın” hələlik Avropada ümumi razılıq doğurmadığını göstərdiyini vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar