Ru
00:14 / 09 Avqust 2025

Azərbaycanın Naxçıvana maneəsiz keçidi təmin olunacaq - Tramp

Azərbaycanın Naxçıvana maneəsiz keçidi təmin olunacaq - Tramp
Eye

Azərbaycan və Ermənistan arasında sənədlərin imzalanması böyük şərəfdir.

Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Azərbaycan və Ermənistan arasında münaqişə illərdir davam edib. Avropa İttifaqı, Rusiya və digər ölkələr bu münaqişənin həlli üçün çalışıblar. Bu gün burada bəyanat imzalanacaq. Söhbət Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutundan gedir. Bu yol çərçivəsində Azərbaycanın Naxçıvana maneəsiz keçidi təmin olunacaq. Əlbəttə ki, bu, Ermənistanın ərazi bütövlüyünə hörmət çərçivəsində baş tutacaq",- o qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar