Bu ilin iyul ayında Avropa İttifaqının Rusiya ilə bağlı tətbiq etdiyi sanksiyalar Türkiyədə Azərbaycana məxsus “STAR” neft emalı zavodunu da əhatə edib.
Bakupost.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Anitta Xipperin bəyanatında qeyd olunub:
“Əgər “STAR” neft emalı zavodu – və ya üçüncü ölkələrdəki istənilən digər zavod – Rusiyadan gətirilmiş xam neftdən istifadə edərək Avropa İttifaqına ixrac üçün məhsul istehsal edərsə, bu, qadağan olunacaq.”
Onun sözlərinə görə, bu tədbirin məqsədi Rusiya xam neftinin istənilən formada Avropa bazarına daxil olmasının qarşısını almaqdır.
Aysel,
Bakupost